Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVID-19 peyvəndinin istehsalı neft bazarına müsbət təsir göstərib
Vaksin - peyvənd

Profisitli xarici ticarət balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarını və beləliklə illik ümumi daxili məhsulu üstələməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,3 faiz artıb.

Eləcə də, əlavə edilib ki, qlobal iqtisadiyyatda bərpa prosesi zəif gedir və dayanıqlı deyil. Cari ilin III rübündə qlobal iqtisadi bərpanın müəyyən əlamətlərinin görünməsinin ardınca son aylar epidemioloji vəziyyətin yenidən pisləşməsinə cavab olaraq ayrı-ayrı ölkələrdə qəbul edilən sərt məhdudlaşdırıcı tədbirlər qeyri-müəyyənlikləri artırıb.

İnkişaf etmiş iqtisadiyyatlarda yumşaq pul siyasəti və fiskal stimul tədbirləri davam edir. Ticarət tərəfdaşı olan ölkələrin maliyyə və valyuta bazarlarında dalğalanmalar yüksək olaraq qalır.

Dünya əmtəə bazarlarında tarazlıq axtarışı davam edir. Son vaxtlar müxtəlif əczaçılıq şirkətlərinin təhlükəsiz və təsirli COVID-19 peyvəndinin istehsalı istiqamətində irəliləyişləri neft bazarına müsbət təsir göstərməkdədir. Yenilənmiş proqnozlar 2021-ci ildə neftə olan gündəlik tələbatın artacağını göstərir. Brent markalı neftin orta qiyməti oktyabrda 41,6 ABŞ dolları olduğu halda, bu rəqəm noyabrda 44 ABŞ dollarına, dekabrın ötən dövründə isə 49,3 ABŞ dollarına yüksəlib. Dünyanın başlıca analitik mərkəzləri 2021-ci ilə neftin proqnoz qiymətini yüksəltmək istiqamətində cəhdlər etməkdədirlər.

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »