Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha 4 siyasi partiyaya ofis verilib
Məmur

Prezidentin rəhbərliyi ilə aparılan uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtidar-müxalifət dialoqu və siyasi plüralizm ənənələri formalaşır. Bu islahatların tərkib hissəsi olaraq, siyasi partiyaların fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülür.

Bizimyol.info xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, siyasi partiyalar iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi məqsədilə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunur, onların iş şəraiti yaxşılaşdırılır.

"Dekabrın 17-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 4 siyasi partiyaya ofis sahələrinin açarları təqdim olunub. Azərbaycan Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar", - nazirlikdən bildirilib.

Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə 14 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »