Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda atəşkəsə hörmət edilməli və Minsk qrupu formatında danışıqlara başlanmalıdır
Cozep Borrell

“Hesab edirəm ki, Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun işini tamamlayaraq regionda barışıq, yenidənqurma və sülhün möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.

APA-nın xəbərinə görə, bunu bu gün keçiriləcək Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək təşkilatın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell iclasdan əvvəl açıqlamasında deyib.

“Bu iclas münasibətlərimizdəki əsas elementləri, eləcə də Azərbaycanın islahatlarını nəzərdən keçirmək üçün fürsət olacaq. Eyni görüşü dünən Ermənistanla da keçirdik. Bu gün Azərbaycanla keçirəcəyik. Təəssüf ki, iki ölkə arasındakı çətin vəziyyət üçtərəfli təmasda olmağı mümkünsüz etdi”, - deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.

C. Borrell qeyd edib ki, Aİ Azərbaycanın birinci ticarət tərəfdaşı və ən böyük xarici investorudur.

O vurğulayıb ki, iclasda Aİ və Azərbaycan münasibətləri, koronavirus pandemiyasının təsiri, eyni zamanda, son vaxtlar Dağlıq Qarabağ və onun ətrafındakı genişmiqyaslı döyüş əməliyyatları barədə müzakirələr aparılacaq: “Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da əldə olunan atəşkəs hələ də davam edir, baxmayaraq ki, bir neçə dəfə atəşkəsin pozulması halı qeydə alınıb”.

C. Borrell Dağlıq Qarabağda atəşkəsə tam hörmət edilməsinin və ATƏT-in Minsk qrupu formatında danışıqlara başlamağın zəruriliyini də diqqətə çatdırıb.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
Son xəbərlər
Bütün xəbərlər »