Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“SMS icazəyə keçmək kökündən yanlış qərardır”
Sumqayıtda karantin qaydaları ilə bağlı reyd keçirilib

Koronavirus təhlükəsi dünya miqyasında getdikcə artmaqdadır. Virusdan qorunmaq üçün isə mütəxəssislər müxtəlif vasitələri məsləhət görsə də, ilkin olaraq qoruyucu maskaların vacibliyini vurğulayırlar.

Ötən gün ölkəmizdə tibbi maska və epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələr yenidən artırıldı. Lakin maskaların qiymətlərinə baxdıqda heç bir ucuzlaşma müşahidə edilmir. Bu səbəbdən də vətəndaşlar bir maskadan günlərlə istifadə etməyə məcbur qalır.

Məsələ ilə bağlı həkim-farmakoloq Müşfiq Hüseynov Bizimyol.info-ya bildirib ki, maskaların yerli istehsalının niyə 30 qəpik olması hər kəsin verdiyi sualdır.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Maskaların qiymətinin açıqlandığı ilk gündən bəlli oldu ki, bahadır. Pamdemiyadan əvvəl apteklərdə Çin istehsalı maskaların qiyməti 2-3 qəpik idi, yəni hardasa havayı. Bir çox apteklər maskalara görə pul almır, reseptə hədiyyə olaraq verirdilər. Xaricdən gətirilən, yol, gömrük pulu ödənən ləvazimatın yerli istehsalının niyə 30 qəpik olması hər kəsin verdiyi sualdır.

Pandemiyanın ilk aylarından bəlli oldu ki, ölkədəki epidemioloji vəziyyəti stabilləşdirmək üçün iki iş mütləq görülməli idi. Birincisi, əhali kütləvi şəkildə dövlət hesabına ( və ya çox ucuz qiymətə) testdən keçirilməli, ikincisi isə istisnasız hamı maska taxmalı, hətta imkan daxilində əhalinin sıx olduğu yerlərdə xüsusi eynəklərdən də istifadə etməli idi. Kütləvi yoluxmaların qarşısını ancaq bu şəkildə ala bilərdik.

Əhalisinin sayı 60 milyon olan Cənubi Koreya, 80 milyon olan Thailand və Sinqapur kimi ölkələrdə nə biznes strukturları dayandı, nə də iş yerləri. Sadəcə maskasız gəzən yoxdur, ölkəyə xaricilərin giriş çıxışı isə bağlıdır.

Amma biz nə kütləvi test keçirtdik, nə də ucuz maska ilə xalqı təmin etdik. Əvəzində maska taxmamağa görə cərimələr tətbiq olundu. Hətta bu günlərdə cərimələr artırıldı.

Bu effektiv qərardır. Bəzən insanları qanuna məcburən əməl etməsi üçün cərimələyirlər. Bütün dünyada bu praktika var. Amma ilk öncə qaydalara əmək ediləcək şəraiti yaratmaq lazımdır. 8 ay işləməyən bir vətəndaşı gündə 30 qəpik maskaya verməyə məcbur edə bilməzsən. Əgər ailə 4 nəfərdirsə, bu günə 1,20 qəpik edir. Deməli, insanlar bir maskanı 1-3 hətta 7 gün taxacaq. Bunun effektiv olacağına inanmıram. Yəni göstərilən vəzityətdə cərimələr gözlənilən nəticəni verməyəcək.

Həkim bildirib ki, SMS icazəyə keçmək kökündən yanlış qərardır.

“Eyni şeyi SMS xidməti haqqında da deyə bilərik. Kökündən yanlış qərardır. Maşınlar yoxlama növbəsində saatlarla vaxt keçirdir. Onsuzda qış gəlib, işi olmayan heç kim küçəyə gəzməyə çıxmır. Çıxsa belə, bu uzağı 1 saaat olacaq. Fikrimcə bu qərar da yanlışdır və gözlənilgən nəticəni verməyəcək. Say mütləq azalacaq, həm də yaxın həftələrdə, amma qapanma səbəbindən yox, hər kəsin kütləvi şəkildə xəstə olduğu üçün. Virus tutmayan ailə demək olar ki, qalmayıb. Bu halda evə qapanmanın anlamı nə idi”?- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »