Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağa qaytarılan ermənilərin sayı barədə xəbərlərin yayılması bizə qarşı istifadə olunacaq”
Xankəndi - Ermənilər Yetrevana gedir

“Qarabağa qaytarılan ermənilərin sayı haqda mütəmadi xəbərlərin yayılması gələcəkdə referendum cəhdini əsaslandırmaq üçün bizə qarşı istifadə olunacaq. Ssenarilərdən biri budur və ona tam hazırlıqlı olmağımız üçün aşağıdakı və digər işləri təxirə salmamalıyıq”.

Bizimyol.info xəbər verir ki, REAL partiyasının sədri İlqar Məmmədov bildirib ki, həmin ərazimizdə faktiki yaşayan bütün vətəndaşların etnik mənsubiyyətindən aslı olmayaraq tam qeydiyyatı aparılmalıdır

Ilqar Məmmədov İlqar Məmmədov

“Dediyim səbəbi heç gətirmədən, lap elə başqa səbəbdən, Azərbaycanlıların Qarabağın dağlıq hissəsində öz torpaqlarına qayıtması proqramı da parallel şəkildə icra olunmalıdır (aydındır ki, bu gələn il tamamlana bilməz amma başlanması elan olunmalıdır). Həmin ərazimizdə faktiki yaşayan bütün vətəndaşların etnik mənsubiyyətindən aslı olmayaraq tam qeydiyyatı aparılmalıdır.

Sonra müntəzəm şəkildə, bu qeydiyyat tez-tez və təsadüfi qaydada yoxlanılmalıdır ki, bilək: qeydiyyatdakı adamlar orada həqiqətən yaşayır, yoxsa statistikaya təsir məqsədilə müvəqqəti gətirilmişdilər”.

İlqar Məmmədov bildirib ki, miqrasiya qanunları orada elə tətbiq edilməlidir ki, heç bir ölkənin vətəndaşı qeydiyyatdan keçmədən Azərbaycan ərazisində konkret bir müddətdən çox qala bilməsin, təkrar qeydiyyatdan keçməli olsun.

“Belə olmazsa, orda hamıya başqa ölkələrin pasportlarını paylayıb bizə "qanun" oxuyacaqlar.

Sözün qısası kənar qüvvələrə əhali tərkibi ilə münipulyasiya etməyə heç bir fürsət tanınmamalıdır. Bu işlə məşğul olan vizyonlu siyasət planlaması və icra strukturları formalaşdırılmalıdır”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »