Rusiyada ötən gün 26 552 koronavirus xəstəsi aşkar edilib.
Bizimyol.info xəbər verir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 791 220 nəfərə çatıb.
Bir gündə 26 093 nəfər sağalıb, 611 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 2 228 633 xəstə sağalıb, 49 762 nəfər ölüb. Hazırda 512 825 xəstə müalicə olunur.
Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 6937 nəfər artıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.