Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran nüvə stansiyası ərazisində yeraltı obyekt tikir
iran bayrağı

İran “Fordo” uran zənginləşdirmə zavodunun yaxınlığında yeraltı obyektin tikintisinə başlayıb.

Bu barədə “Associated Press” “Maxar Texnologies”in peyk görüntülərinə istinadla məlumat yayır.

Bildirilir ki, tikinti işləri sentyabr ayının sonunda başlayıb.

İnşaat işləri “Fordo” zavodunun şimal-qərbində aparılır ki, ora da öz növbəsində mümkün hava hücumlarından qorumaq üçün qayaların altındadır. Müəssisə zenit silahları ilə də qorunur. Kompleks Qum şəhəri yaxınlığında, Tehranın 90 km cənub-qərbində yerləşir.

Tikilməkdə olan obyektin yanında vakum texnologiyası mərkəzi də daxil olmaqla, bir sıra tədqiqat və inkişaf mərkəzlərinin olduğu qeyd olunur.

Fotoşəkillərdə obyekt üçün qazılmış bünövrənin və seysmik zonalarda tikintidə istifadə edilən onlarla dayağın olduğu görünür.

İran Fordo rayonu ərazisində yeni inşaat aparıldığını açıqlamayıb. İranın BMT-dəki daimi nümayəndəliyi və MAQATE yeni obyektin inşası ilə bağlı heç bir açıqlama verməyib.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »