Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir
İlham Əliyev

İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən söyləyib.

Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinlə tam razı olduğunu qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq. Bu, artıq tarixdir.

Rusiyanın Qarabağda sülhməramlı missiyasına toxunan Prezident İlham Əliyev deyib: “Missiya Azərbaycanın müvafiq strukturları ilə daim əlaqədədir. Üçtərəfli Bəyanatın imzalanmasından ötən təxminən ayyarımda atəşkəsin pozulması ilə bağlı cəmi bir insident olub. İnsident bir gündə aradan qaldırılıb, atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək”.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
Son xəbərlər
Bütün xəbərlər »