Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parlamentdən mübahisəli qərar: Cərimələr minimum əməkhaqqından çox oldu
Karantin

Milli Məclisin bu gün keçirilən plenar iclasında aparılan müzakirələrə əsasən, karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır.

Belə ki, bundan belə qaydaları pozan fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək. Sorğu keçirdiyimiz bir çox vətəndaşların fikrinə görə, hökumət cərimələrin islahedici tərəfin yox, yalnız iştahartıcı tərəfi haqqında düşündüyü üçün belə edir. Ona görədir ki, cərimələrdən gələn vəsaitləri büdcə daxilolmalarının əsas mənbəyi sayır. Əslində bu bütün dünyada davamlı gəlir qaynağı yox, təsadüf gəlir elementi sayılır. Parlamentin ağır vəziyyətdə olan sahibkarlığa, biznesə dəstəyi müzakirə etmək əvəzinə onları cərimə etməyi müzakirəyə çıxarması təəssüf doğurur.

Deputat Fazil Mustafa hesab edir ki, cərimələri yox, nəzarəti artırmaq daha düzgün yol olardı. “Rejimin pozulması ilə bağlı cərimələrin artırılmasının hüquqi və vəzifəli şəxslərə çox təsir edəcəyini düşünmürəm. Çünki bu şəxslərin çoxu iflas vəziyyətindədir. Belə etdikcə onlar bütün iş yerlərini bağlamağa məcbur olacaqlar. Biz bu cərimələri artırmaqla əhalinin xeyli həssas hissəsinin narazılığını artırmış olacağıq. Cəriməni artırmaq əvəzinə nəzarəti artırmaq lazımdır”.

Deputat Razi Nurullayev də müzakirələr zamanı öz narazılığını bildirənlərdən biri olub. “Qaydanı pozanlar adətən arxalı və imkanlı adamlar olur. Hansısa çayxana işlədənə o qədər cərimə yazmaq onun evini yıxmaq anlamına gəlir. Biz əvvəlcə belə şəxslərə xəbərdarlıq etməliyik. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara əməl etsinlər”.

Vitse-spiker Fəzail İbrahimli hesab edir ki, qananları sözlə, qanmayanları bizlə başa salmaq lazımdır: “Biz kimin yanında olaq? Milləti xəstələndirən, pul qazanmaq üçün xəstəliyi yayanların tərəfində duraq?! Qanunlar xəstəliyin qarşısını almaq üçün qəbul edilir”.

Dünyanın ən sərt və uzunmüddətli karantin rejiminin Azərbaycanda tətbiq edilməsinin səbəblərini bilməsək də, nəticəsiz qaldığını görmək çətin olmadı. Azərbaycan səhiyyəsinin natamam stukturu, tibbi sığorta sisteminin illərlə yubadılması kimi səbəblər, nisbətən çox yüklənmə zamanı sıradan çıxan tamamilə qeyri-effektiv səhiyyə sisteminə gətirib.Bəla burasındadır ki, biz mart ayından bu yana toparlanıb hazır ol komandasında dayan bilmədik. Etiraf edək, ortaya müharibə də düşdü. Dünyanın heç bir ölkəsinin səhiyyə sistemi şəraitə yüz faiz hazırlığı ilə öyünə bilməzdi. Biz də elə. Lakin biz ilk karantinə zaman qazanmaq üçün girmişdik.

Hazırki karantin rejimi orta və kiçik biznesi bir sinif kimi sıradan çıxarır və bunun fəsadları tezliklə özünü göstərəcək. İndiyə qədər mövcud olan kiçik və orta biznes neft pullarının ölkəyə axdığı illər ərzində tədricən formalaşmışdı. Ona görə də karantinin ləğvindən sonra, həmin biznes subyektlərinin əvvəlki həcmdə bərpasının mümkün olub olmayacağı sual altındadır.

Ən qorxulusu, ən pisi budur ki, xəstəlik ölkədə tüğyan edir, dərman çatışmazlığı yaşanır. Pulu olmayanlar ölümə tərk edilib. Problemin miqyası artıb və bununla bağlı hökumətin yeni planları varmı? Sual hələlik açıq qalır. Fəzail İbrahimli bəlkə də düz deyir. Qanmayanı bizlə başa salmaq lazımdır. Amma o qanmayan bizlənməkdən yıxılıb ölsə onda necə?

P.S. Azərbaycanda minimum əməkhaqqı 250 manatdır

İlhamə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »