Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “Vacib olan odur ki, Qarabağa dair bəyanat ümumilikdə ardıcıl olaraq həyata keçirilir”
Vladimir Putin

“Biz Dağlıq Qarabağdakı hərbi münaqişəyə görə narahat idik. Çünki bu münaqişəyə bizə MDB-dən iki yaxın ölkə, Azərbaycan və Ermənistan cəlb olunmuşdu. Təəssüflər olsun ki, hərbi əməliyyatlar çoxlu sayda insan itkisinə gətirib çıxardı”.

Bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələri dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında bildirib.

O, Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatın imzalandığını xatırladıb: “Vacib olan odur ki, bu bəyanat ümumilikdə ardıcıl olaraq həyata keçirilir. Təmas xətti boyunca yerləşdirilən Rusiya sülhməramlıları vəziyyətin yenidən gərginləşməməsi üçün hər şeyi edir. İndi beynəlxalq ictimaiyyət, həm də şübhəsiz ki, bizim ölkələr qarşısında zərər görən rayonlarda humanitar problemlərin həll olunmasına yardım etmək kimi vəzifə dayanır”.(apa)

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
Son xəbərlər
Bütün xəbərlər »