Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə: Rusiya çalışacaq ki, Dağlıq Qarabağı Ermənistan və Azərbaycanın əlindən alsın
Vladimir Putin

Rusiya prezideni Vladimir Putinin dünən keçirdiyi mətbuat konfransı önəmli mesajları ilə yadda qaldı. Xüsusən Qarabağla bağlı verdiyi mesajları cəmiyyətimizin hər kəsimi öz bildiyi kimi yorumlayır. Putin Qarabağ haqqında konkret olaraq nələr dediyini bir daha yada salaq:

Dağlıq Qarabağda vəziyyət bir neçə il idi ki, gərgin idi. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycan ərazisidir.Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini arta bilər ancaq tərəflərlə razılaşmaq şərtilə. Qarabağın statusunu dəyişməz qalacaq və bu haqda gələcəkdə qərar veriləcək.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqə məcburidir. Bunun üçün Laçın dəhlizi yaradıldı.Və ən narahatedici cümlə - Qarabağın statusu dəyişməz olaraq qalmalı, gələcəkdə qərar verilməlidir.

İqbal Ağazadə İqbal Ağazadə

“Ümid” partiyasının sədri İqbal Ağazadə Bizimyol.info-ya verdiyi açıqlamada bildirdi ki,Putinin indiyə qədər olan çıxışlarında önəmli olan faktor budur. “O heç vaxt demir ki, biz Dağlqı Qarabağı Azərbaycanın ərazisi hesab edirik. O deyir ki, beynəlxalq hüquq belə deyir. Özlərinin mövqeyini gizlədirlər”.

İqbal Ağazadə qeyd edir ki, Putinin verdiyi ikinci mesaj da təxribat xarakteri daşıyır.

“Putinin bütün dönəmlərdə verdiyi mesaj budur - Heç Ermənistan özü Dağlıq Qarabağı tanımamışdı. Bu əslində təxribatçı mövqedir. Ermənistana mesaj verir ki, siz də Fransadan sonra qondarma rejimi tanıyın, sizdən sonra Azərbaycan mövqe sərgiləyərsə, biz də Abxaziya və Osetiya kimi tanıya bilərik və problemi fərqli müstəviyə çıxararıq. O əslində Azərbaycana dostca danışırmış kimi görünsə də, mesajlarının hamısı ziyanımızadır. Xüsusi mesajlardır.Mən Rusiyanın obyektiv mövqe tutacağına və səmimiyyətinə heç vaxt inanmamışam.”,- deyən sabiq deputat eyni zamanda bəzi reallıqları qəbul etməyə məcbur olduğumuzu da də söyləyir.

“Amma məcburiyyətdən olan addımlar var. Rusiya vaxtilə Avropanın jandarmı olub, sonra postsovet ölkələrinin. Onu bu jandarm rolundan uzaqlaşdırmağa hələ ki, heç kimin gücü çatmır. Biz çalışmalıyıq ki, Putinin verdiyi mesajların gerçəkləşməsinin qarşısını alaq”.

Bəs Putin bütün bu mesajları niyə açıq şəkildə verir. Gündə 3 dəfə danışdığı Paşinyanın özünə niyə demir? Bu sualın cavabını politoloq belə cavablandırdı : “O, Ermənistan cəmiyyətini itirməmək üçün belə edir. Bu gün Ermənistan cəmiyyətində Rusiyaya qarşı olan nifrəti və kini Paşinyana yönəldir, məsuliyyəti onun üzərinə atır. O sadəcə bu mesajla həm də erməni xalqının Avropaya və onun idarəçiliyinə nifrətini körükləyir. Bəs Paşinyandan öncəki dövrdə niyə Ermənistan hakimiyyətinə Qarabağın müstəqilliyini tanımağı tövsiyə etmədi? Çünki, onda dinc dövr idi. Rusiyaya konfliktin o şəkildə qalması sərf edirdi. Rusiya regionda yox idi. İndiki mərhələdə Rusiya regionda var. Sülhməramlı adıyla gəlib. Həm də indi masada Türkiyə də var. Ona görə məsuliyyəti Ermənistanın öz üzərinə ataraq provokasiya edir.

Ermənistanda artıq Rusiyanı ermənilərin mənafeyini satan ölkə kimi qəbul edirlər. Putin də buna görə həyəcanlıdır. O Paşinyanla telefon danışığında bunları deyə də bilər, yol da göstərə bilər. Dünənki çıxışı bir başa erməni xalqının könlünü almağa yönəlmişdi”.

Maraqlıdır, Rusiya bəs bizi niyə itirməkdən qorxmur. Bizim könlümüzü niyə almır? Axı belə baxanda Rusiyaya daha etibarlı və faydalı tərəfdaş bizik.Gərəkdiyindən də artıq faydalı olmağa çalışmışıq. Bu sualımızın cavabını İqbal Ağazadə belə cavablandırdı: “Rusiya öz dövlət maraqlarını bizdən yaxşı bilir. Həm də onu da yaxşı bilir ki, hər nə qədər dostuq desə də, bu ölkə Azərbaycan xalqının yaddaşında bizi parçalayan, torpaqlarımızı bölən, parçalayan, işğalçı kimi, Xocalı, 20 Yanvar qatili kimi qalıb. Türkmənçay, Gülülstan müqavilələri ilə bu xalqı ikiyə parçalayıb. Rusiya bizdə Türkiyə qədər sevgi qazana bilməz. Bunu gözəl bilir”.

Putinin dünənki çıxışında Qarabağın statusuyla bağlı söylədiklərini şərh edən İqbal bəyin fikrinə görə, Putin mesaj verdi ki, kim mənə necə münasibət göstərsə, vəziyyət elə olacaq. “Bu anlamda o həm də çalışır regionda Rusiyanın hakimiyyətini bərqərar eləsin. Bizim vəziyyətimiz indi 1988-ci ildəkindən daha məqbuldur. İşləmək lazımdır.Rusiya çalışacaq ki, Dağlıq Qarabağı Ermənistandan və Azərbaycandan alsın. Azərbaycan çalışmaldır ki, onun yuridiksiyasından çıxacaq hər hansı bir addım baş verməsin”.

ATƏT-in Minsk qrupunun üzvləri rəsmi Bakı tərəfindən demək olar ki, mədəni şəkildə qovuldu. Və haqsız yerə yox. 30 il ərzində heç bir fəaliyyət göstərməyib, hadisələrin gedişatına sadəcə müşahidəçi və maneə rolu oynaması qurum üzvlərinə açıq şəkildə bəyan edildi. Onlara bizim tərəfimizdən göstərilən bu souiq münasibət Rusiyaya sərf edirmiş kimi görünür. İqbal Ağazadənin fikrinə görə ATƏT yenidən regiona gələ bilər, amma tamamilə yeni formatla.

“Rusiya bölgədə başqa dövlətlərin olmasını istəmir. ATƏT-in Minsk qrupunun üzvləri, xüsusilə Fransa özünü ədalətli dövlət kimi aparmadı. Hesab edirəm ki, Avopa Birliyi və digər ölkələr də yeni strategiya və yanaşma sərgiləməlidir. Yeni xətt yaratmalıdırlar. Xalqların birgə yaşayışına dair yeni daha ədalətli və məntiqli bir layihə təqdim etsələr ATƏT-in Minsk qrupu yenidən regiona gələ biləcək”,- deyə o Bizimyol.info-ya bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »