Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşa şəhərində topoqrafik xəritənin hazırlanması işlərinə başlanılıb
Şuşa şəhəri

Qarabağ bölgəsində tikinti-abadlıq işlərinin və yeni infrastruktur layihələrinin icrası məqsədilə ərazilərin topoqrafik vəziyyətinin xəritələndirilməsi işləri həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya müəssisəsinin rəhbəri Nazim İsmayılov məlumat verib.

O bildirib ki, işlərə ilkin olaraq Şuşa şəhərindən başlanılıb və bu proses bölgənin bütün ərazilərini əhatə edəcək: “Hazırda mütəxəssislərimizdən ibarət yaradılmış qrup tərəfindən Şuşa şəhərinin coğrafi və geometrik elementlərinin öyrənilməsi və detallı topoqrafik xəritənin hazırlanması üçün işlər aparılır”.

Müəssisə rəsmisinin sözlərinə görə, Qarabağ regionu və ətraf rayonlarda iqtisadiyyatın bütün sahələri üzrə infrastruktur layihələrinin həyata keçirilməsi üçün ilk öncə ərazilərin topoqrafik xəritələrinin hazırlanması vacibdir və bu xəritələr aparılacaq yenidənqurma işlərinin icrasına əsaslı zəmin yaradacaq.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »