Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin rejiminin tələblərini pozan çay evi aşkarlanıb
Polis - Cərimə

Lənkəranda karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejim qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı rayonun Kərgəlan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Həmin obyekti işlədən Kərgəlan kənd sakini T.Rzayev və 5 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. T.Rzayev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Yanvarın 18-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »