Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin qaydalarını pozan idman zalı və kafe işçiləri cərimələniblər
Idman zalı

Sumqayıtda karantin qaydalarını pozan idman zalı, Nərimanov rayonunda isə kafe aşkar edildi.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Sumqayıt şəhərində keçirilən növbəti tədbir zamanı 11-ci mikrorayon ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Polislər baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər. Onlardan 3 nəfəri yetkinlik yaşına çatmadığı üçün profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri cərimə edilib. Həmçinin obyektin sahibi Rəşad Xudaverdiyev və daha 2 nəfər işçisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Obyektin sahibi müvafiq olaraq 4000 manat, işçilərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Polis əməkdaşlarının paytaxtın Nərimanov rayonunda keçirdikləri növbəti tədbir zamanı isə qanunlara zidd olaraq işləyən kafe aşkar edilib. Araşdırma zamanı “Dostlar” kafesini icarə əsasında işlədən paytaxt sakini Həsən Bağırovun müştərilərə yerində xidmət göstərdiyi müəyyən edilib. Obyektin kabinetlərinə baxış zamanı ümumilikdə 13 nəfər müştəri müəyyən edilib. Onların hər biri, eləcə də kafeni işlədən Həsən Bağırov

barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

Bir daha vətəndaşlardan tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara mütləq qaydada əməl etsinlər.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »