Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı gediş-gəlişə icazə verilən ölkələrin siyahısını dəyişdirdi
Avropa İttifaqı

Avropa İttifaqı Şurası (European Council) əlverişli epidemioloji vəziyyətə görə vətəndaşlarının Aİ üzv ölkələrinə girişinə icazə verilən ölkələr siyahısına dəyişiklik edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tailand, Yaponiya, Cənubi Koreya, Ruanda ilə yanaşı, “Çinin xüsusi inzibati bölgələri olan Honkonq ilə Makao üçün də gediş-gəliş məhdudiyyəti”nin tədricən ləğv olunması nəzərdə tutulur.

Eyni zamanda, koronavirusla bağlı vəziyyətin kəskinləşdiyi Uruqvay siyahıdan çıxarılıb.

Dekabrın 17-nə olan vəziyyətə görə, Avropa ölkələrində pandemiya dövründə koronavirusa 22,9 milyon yoluxma halı, o cümlədən 506 mindən çox ölüm faktı qeydə alınıb. Son həftə ərzində 1,7 milyondan çox insan xəstələnib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu region əhalisini yeni yoluxma hallarını azaltmaq naminə Yeni İl və Milad bayramlarını açıq havada qeyd etməyə çağırıb.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »