Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mediasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanunun qüvvəyə minmə vaxtı dəyişdirilir.
Belə ki, qanunun qüvvəyə minmə vaxtı 2021-ci ilin yanvarın 1-dən iyulun 1-dək uzadılır.
Qeyd olunub ki, mövcud pandemiyadan qaynaqlanan vaxt məhdudiyyətini nəzərə alaraq Mediasiya haqqında” qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddəaların qüvvəyə minmə tarixinin 1 iyul 2021-ci il tarixinədək təxirə salınması məqsədəmüvafiqdir.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.(apa)