Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası: “ Ürəyimi canımdan çıxarıb alıblar”
Şəhid İsmayıl İrapov

Şəhid İsmayıl İrapov. Bütün şəhidlərimizin nur üzü, təbəssümü məni yandırdı, amma İsmayıl bir başqa cür. O mavi gözləri, ölümdən öncəki heyrətələ baxan o mavi gözləri. Nə unuda bilirəm, nə də xatırladıqca göz yaşlarımı saxlaya bilirəm. Qəribə də olsa, bu günlə içində bircə arzum olub. Kaş onun anası soyuqqanlı, soyuqürəkli bir qadın olaydı. Dözməz yoxsa. İnsan buna dözə bilməz. Bəlkə də oğlu şəhid olan analara Allah ayrı cür bir ürək verir.

Naimə İrapova bir qədər soyuq təbiətli qadındır. Özü deyir İsmayıl əsgər getməzdən öncə məni öpmək istəyəndə qoymurdum öpsün. “Xoşum gəlmirdi. Arxadan qucaqlayıb öpərdi balam məni. Kaş ki doya- doya sarılaydım ona. İndi ətrini köynəyini iyləməklə alıram. Yuxuda görürəm tez-tez, deyir ana məni oyatma.Çox çətindi. Allah heç kəsi balayla sınağa çəkməsin. Mən ona İsiko deyirdim, hamı ona elə çağırırdı.”.

18 yaşı var idi şəhadətə ucalanda İsmayılın. Görəsən adını Allaha qurban deyilən İsmayıl peyğəmbərin adına hörmətlə İsmayıl qoyanda onun vətən yolunda qurban gedəcəyini bilirdimi Naimə ana ? Gözlərinin yaşı qurumayan, nalə çəkməyə halı qalmayan, “sanki ürəyimi çıxarıb aparıblar” deyən gözəl ana, dədli ana.

İsmayıl Füzuli uğrunda gedən döyüşlər zamanı həlak olub. Zaqatalanın Əzizabad qəsəbəsində doğulb böyüyüb. Müharibə bşlayanda 6 ay idi hərbi xidmətdəydi. Ailənin böyüyü və tək oğluydu. Özündən sonra 11 yaşlı bacısı qalıb sadəcə. Ən böyük arzusu bacısını oxutmaq olub. Özünün oxumağa həvəsi olmasa da. Deyirmiş nə istəyir, alın verin gələndə işləyib pulunu qaytaracam. Fəhləlik edirdi.Bir müddət öncə İsmayılın ermənilər tərəfindən əsir alınaraq vəhşiliklə qətlə yetirilməsi barədə videogörüntülər yayılmışdı. Atası Nəsrulla İrapov deyir ki, oğlu sosial şəbəkələdə yayıldığı kimi vəhşiliklə qətlə yetirilməyib.Qəlpə yarasından ölüb. “Qəlpə sağ tərəfindən girib sol tərəfindən çıxmışdı. Başqa iz yox idi bədənində”. Bu sözləri onun dilindən eşitmək məni də ovutdu. İsmayıl onlar qədər mənə də doğmadır. Bilmirəm anasını ovutmaq üçün deyir bəlkə. Kaşki belə olsun. Atası Nəsrulla da I Qarabağ müharibəsində iştirak edib, qazi olub. Oğluna sürpriz olaraq ev tikirmiş, gələndən sonra iki mərtəbəli ev ucaltmaq arzsundaydı. İndi hər şeydən əli soyuyub. Deyir İsmayıl yoxdursa, neynəyim o evi. “Onu bircə dəfə də olsun qucaqlamamışdım. Kaş k,n yanına son dəfə getdiyimdə qucaqlayaydım, sevgimi hiss edəydi”, deyir. Ata ürəyi oğluna olan sevgisini onun bir arzusunu reallaşdırmaqla təskinlik tapıb. Oğlunu istədiyi kimi kəndin ortasında bir bulaq qurub. Gələn gedənlər istifadə edə bilsin deyə. Mavi gözlü şəhidimizin arzuları da su kimi saf, təmiz idi. Məkanın behişt olsun, İsmayıl. Sevgiylə anırıq!

İlhamə

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »