Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayden dönəmində İsraili və Türkiyəni yaxşı günlər gözləmir”
Co Bayden

“Al Jazeera” məlumat yayıb ki, Türkiyə İsrailə səfir təyin edib. Hətta səfir təyin edildiyi iddia edilən şəxsin adını da yazmaqla daha bir yeni fakt yaradıblar. Bu, Türkiyə XİN –də strateji araşdırmalara başçılıq edən Ufuk Ulutaşdır.

Bu məlumatla bağlı nə Türkiyədən, nə də İsraildən hər hansı təkzib və ya təsdiq gəlməyib.

Bizimyol.info-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, hazırda Türkiyə, ərəb ölkələri və İsrailin yaxınlaşma prossesi müşahidə edilməkdədir.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Bu məsələnin bir neçə izahı var. Ən vacib nüans ondan ibarətdir ki, bütövlükdə Ərəb ölkələri ilə İsrail yaxınlaşdırılır. Bu yaxınlarda Səudiyyə Ərəbistanı, İsrail və Türkiyənin xüsusi xidmət orqanlarının əməkdaşlıq razılaşması ilə bağlı da xəbərlər yer aldı. Digər nüan isə ondan ibarətdir ki, bütövlükdə ərəb ölkələri İsraillə əməkdaşlıq müqavilələrini genişlənməkdədir. Bunun arxasında Trampın olduğu ilə bağlı kifayət qədər iddialar var. Amma biz şüphəsiz ki, Trampla bağlı yanaşmaları artıq tarixin arxivinə atmalıyıq. Yanvar ayında Trampla bağlı qərar veriləndə biz bu məsələyə yenidən baxmış olacağıq.

Amerikanın milli müdafiə qanunu var və 2021-ci il üçün nəzərdə tutulur. Həmin qanun bütövlükdə ABŞ senatı tərəfində qəbul olunub. Bununla bağlı Türkiyə, ərəb və İsrail yaxınlaşma prossesi müşahidə edilməkdədir.

Co Baydennin ticari, milli və beynəlxalq aktrların oyunları ilə bağlı ümumilli maraqları respublikaçılardan qat-qat fərqlənir. Əgər respublikaçı Tramp Qüdsü İsrailin paytaxtı elan etmiş, diplomatik nümayəndəliklərini oraya köçürmüş və ərəb ölkələrini İsraillə birbaşa əməkdaşlığa dəvət etmək üçün addımlar atmışdısa, bu demokratlarda tamamilə əksinə müşahidə edilir. Bu yəhudi ailələrinə bağlı olan neft biznesinin hakimiyyətə gətirdiyi respublikaçılar dönəminin də başa çatması deməkdir”.

Əziz Əlibəylinin sözlərinə görə, Bayden dönəmində İsrali, ərəb ölkələrini və eləcə də Türkiyəni yaxşı günlər gözləmir. “Ona görə də İsrail və Türkiyə arasındakı diplomatik əlaqələrin bərpası ilə bağlı hansısa bir iddialar var və hazırda qaranlıq formatda icra olunmaqdadır.

Hətta bir İsrail qəzeti yazır ki, səfir kimi Ufuk Ulutaşın təyinatı gündəmdədir. O, Qüds Yəhudi universitetində Yaxın Şərq siyasəti və yəhudi dili üzrə təhsil alıb və Ərdoğana yaxın hesab edilən adamlardan biridir. Bu istiqamətdən məsələləri qiymətləndirmək lazımdır.

2010-cu ildə “Mavi Mərmərə” olayı baş vermişdi. Həmin vaxtdan Türkiyə və İsrail arasındakı bütün münasibətlərdə böyük şəkildə qarışıqlıq yaranmışdı. İndi biz hesab edirik ki, həmin qarışıqlır artıq kənarda qalıb və bütün dünyada baş verən yeni dəyişikliklər, İranın davranışları, Rusiyanın son addımları bütövlükdə Yaxın Şərqdə siyasəti formalaşdıran ölkələri qane etməməkdədir”.

Politoloq onuda qeyd edib ki, İlkin saf niyyət kimi İsrail və Türkiyə arasındakı səfirliyin açılması, fəaliyyətə başlaması ilə birlikdə türk firmalarının Hayfa limanı üçün layihələrə qoşulması kimi bir təklif də var.

“Bunların hamısı artıq yeni bir mərkəzləşmənin, İsrail, Türkiyə və ərəb ölkələri arasındakı üçbucağın formalaşmasını ortaya qoymaqdadır”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
Son xəbərlər
Bütün xəbərlər »