Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin olimpiadada iştirakına qadağa qoyuldu
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin yaxın iki ildə dünya çempionatlarına və olimpiadalara qatıla bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə Dünya Antidopinq Agentliyi (WADA) ilə Rusiya Antidopinq Agentliyi (RUSADA) arasındakı mübahisəyə dair İdman Arbitraj Məhkəməsinin (CAS) qərarında bildirilib.

Qadağa ölkənin bütün yüksək vəzifəli şəxslərinə şamil edilib. Bunlara nazirlər və onların müavinləri, baş nazir və müavinləri, Dövlət Dumasının deputatları və dövlət başçısı da daxildir.

İştirakı qadağan edilmiş hansısa məmur, ev sahibi ölkənin prezidenti və ya baş naziri tərəfindən şəxsən dəvət edildiyi təqdirdə və ya Beynəlxalq Olimpiya Komitəsini (IOC), həmçinin Beynəlxalq Paralimpiya Komitəsinin üzvü olduğu təqdirdə turnirdə iştirak edə bilər.

Qeyd edək ki, CAS-ın qadağası idmançılara və onların komanda üzvlərinə şamil edilmir. CAS-ın və WADA-nın qərarına əsasən, rusiyalı idmançılar 2022-ci ilədək dövlət bayrağı altında beynəlxalq yarışlarda iştirak edə bilməyəcək.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »