Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Test sahəsində monopoliyaya son qoyulmalıdır”
Musa  Quliyev

“Özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri koronavirusla mübarizəyə cəlb edilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bunu məcburi etmək olmaz: “Amma müxtəlif həvəsləndirici tədbirlərlə bunu etməliyik. Açıqlama vermişdilər ki, bir xəstəyə gündəlik 100-150 manat xərclənir. İcbari Tibbi Sığorta Agentliyi özəl müəssisələrə 200 manat ödəyə bilər. COVID-19 xəstələrini xəstəxanaya yerləşdirməliyik”.

Deputat təklif edib ki, ekspress testlər ölkəyə gətirilib, satılsın: “Test sahəsində monopoliyaya son qoyulmalıdır. Hər kəs ekspress testlər vasitəsilə özü evdə test edə bilər”.

Deputat qeyd edib ki, 600 min nəfərə qədər insana yenidən 190 manat veriləcək: “Bu siyahıya yenidən baxılmalıdır. Hamımız əlimizi daşın altına qoymalyıq”.(apa)

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
Son xəbərlər
Bütün xəbərlər »