Vətən Müharibəsindəki qələbənin şərəfinə "8 Noyabr" adlandırılan metro stansiyaya adı yazılmış lövhə vurulub.
Bizimyol.info xəbər verir ki, hazırda tikinti işləri yekunlaşmaqda olan stansiyanın bu ilin sonuna kimi istifadəfə verilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə "8 Noyabr" adlandırılıb.
"8 Noyabr" stansiyası Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşir.
Ramid İbrahimov