Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tamamilə dağıdılmış ərazilər yenidən qurulacaq
Qarabağ

"Erməni işğalından azad edilmiş bütün şəhər və rayonların Baş Planı hazırlanacaq".

Bizimyol.info xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

"Qarabağın yenidən qurulması zamanı mədəni - tarixi abidələrin özünəməxsusluğu qorunub-saxlanılacaq. Biz həmçinin yüksək standartlı, yeni kənd və qəsəbələrin yaradılmasını qarşımıza məqsəd qoymuşuq. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssisləri də cəlb etməyi düşünürük.

İşğaldan azad edilmiş ərazilərin bərpasına müxtəlif yanaşmalar var. Məsələn, Şuşa tarixi şəhərdir, burda bir sıra mədəniyyət abidələrinin bərpası nəzərdə tutulur. Amma elə şəhər və rayonlar var ki, tamamilə dağıdılıb. Bu tipli ərazilərin qurulmasında fərqli yanaşmalar olacaq. Həmin şəhərlər ən müasir tələblərə əsaslanaraq tam yenidən qurulacaq", - o qeyd edib.

Paylaş »
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »