Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşvət almaqda təqsirləndirilən sabiq rəis barəsində həbs qətimkan tədbiri seçilib
Məhkəmə

Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, O. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, O. Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Daha sonra o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən O. Məmmədov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə) maddəsi ilə cinayət işi başlanıb.(apa)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »