COVİD-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir.
Qeyd edililir ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.