Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milanda son 500 ilin ən güclü zəlzələsi olub
İtaliya

İtaliyanın Milan şəhərində son 500 ilin ən güclü zəlzələsi qeydə alınıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Yerli vaxtla saat 16.59-da 3.9 bal gücündə baş verən zəlzələnin episentri Milandan 6 km qərbdə, 56 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İtaliyanın "şimal paytaxtı"nın müxtəlif ərazilərində və eləcə də şəhər ətrafında hiss olunub.

Şəhər sakinlərindən xəsarət alan, eləcə də itki və dağıntının olmadığı bildirilib. Təbiət hadisəsi yalnız “Trenord” dəmir yolu idarəsinin bir neçə qatarının gecikməsi ilə müşahidə edilib.

Qeyd edək ki, bu yeraltı təkanlar 500 il əvvəl bölgədə qeydə alınan zəlzələ ilə müqayisə edilə bilər.

Xatırladaq ki, Milanda ən güclü zəlzələ 1396-cı il noyabrın 26-da 5 bal gücündə olub.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
Son xəbərlər
Bütün xəbərlər »