Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tibb bacılarına 500 dəfə “Mən axmağam” yazdıran baş həkim - Foto
Tibb bacılarına 500 dəfə “Mən axmağam” yazdıran baş həkim - Foto

Türkiyədə xəstəxananın baş həkiminin tibb bacılarını aşağılaması mətbuatın yazı mövzusuna çevrilib.

Tibb müəssisəsinin rəhbərini buna görə işdən çıxarıblar.

Bizimyol.info xəbər verir ki, Antalya Kumluca Dövlət Xəstəxanasının baş həkimi Ayşegül Alkan sərt qərarının güdazına gedib. O, iş yerini icazəsiz tərk edən iki tibb bacısını xüsusi metodla cəzalandırmaq qərarı verib. Alkan əməkdaşlara 500 dəfə “Mən axmağam” yazdırıb. Bunun üçün A4 formatlı 7 vərəqi doldurmaq lazım gəlib.

Ayşegül Alkan Ayşegül Alkan

Baş həkimi Dövlət Xəstəxanaları rəhbəri Mehmet Akdağ onun rəhbərlik etdiyi müəssisəyə gələndə iki tibb bacısının iş yerində olmaması özündən çıxarıb. Alkan əməkdaşları özünü axmaq adlandırmağa məcbur edib. Məsələ böyüyəndə baş həkimi vəzifədə saxlamamaq qərarı verilib.

Alkan özünü müdafiə etməyə arqument də tapıb. O, məslək etikası çərçivəsini aşmadığını, əməkdaşları da

təhqir etməyərək töhmət verdiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »