Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “İŞİD tərəfindən dağıdılan Kərkük-Ceyhan neft kəmərinin təmiri tez bir zamanda başa çatmalıdır”
Rəcəb Tayyib Ərdoğan

“Nə Türkiyə, nə İraq, nə də Suriya bölücü terror təşkilatlarının fəaliyyətinin genişlənməsinə yol verməyəcək. Regionumuza qan, göz yaşı, dağıntı gətirən bu qatil sürülərinin kökünü kəsmək üçün birgə mübarizəmizi davam etdirəcəyik”.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İraqın Baş Naziri Mustafa əl-Kazımi ilə birgə keçirilən mətbuat konfransında bu fikirləri bildirib.

R.T.Ərdoğan deyib ki, İraq Baş Nazirilə təkbətək və heyətlərarası görüşdə ikitərəfli və regional məsələləri hərtərəfli müzakirə ediblər: “İraqla ortaq düşmənimiz İŞİD, PKK və FETÖ terror təşkilatı ilə birgə mübarizəni gücləndirəcəyik. İraq nazirlərinin terrora qarşı mübarizəsini təqdir edirik. Türkiyə olaraq qanuni müdafiə haqqımız çərçivəsində iraqlı qardaşlarımıza dəstək verəcəyik”.

İraqla Türkiyə arasında 17 milyard dollarlıq ticarət həcminin 20 milyard dollara çatdırılacağına qərar verildiyini deyən prezident iki qonşu ölkə arasında əlaqələrin hər sahədə inkişaf etdiriləcəyini vurğulayıb: “Xüsusilə enerji sahəsində böyük əmədaşlıq potensialımız var. İŞİD tərəfindən dağıntıya məruz qalan Kərkük-Ceyhan neft boru xəttinin təmirinin tamamlanaraq, Kərkük neftinin tez bir zamanda yenidən və daha yüksək miqdarda dünya bazarına çıxarılmasını istəyirik” .

Türkiyə olaraq İraqın siyasi birliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin tərəfdarı olduqlarını vurğulayan prezident uzun müddətdən sonra İraq Nazirlər Kabinetinə türkmən nazirin seçilməsini də təqdir etdiyini deyib: “Bu seçim Mustafa Əl-Kaziminin heç bir məzhəb və etnik ayrı-seçkiliyi etmədiyinə inamımızı artırıb”.

Türkiyəyə iki ölkə arasındakı tarixi əlaqələri daha da inkişaf etdirmək üçün gəldiyini deyən İraqlı Baş Nazir İŞİD terror təşkilatının dağıntıya məruz qoyduğu əraziləri Türkiyə ilə birlikdə yenidən inşa edəcəklərini bildirib: “İraqın qapıları Türkiyəli bütün iş adamlarının üzünə açıqdır. İki gün öncə Sincarda terrorçularla təhlükəsizlik qüvvələrimiz arasında münaqişə baş verdi. İraq üzərindən Türkiyənin milli təhlükəsizliyini təhdid edən bütün terror təşkilatlarına qarşı birgə mübarizə aparmaq arzusundayıq”.

Mustafa Əl-Kazimi İraqla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaxın zamanda İraqda baş tutacağını da vurğulayıb.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »