Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğludan Rusiyaya xəbərdarlıq
Mövlud Çavuşoğlu

Qarabağ müharibəsi günlərində Türkiyə Azərbaycana gerçək qardaş dəstəyi göstərdi.

Qardaş ölkənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu TV24 telekanalına müsahibəsində bu dəstəyə işarə vuran xeyli ifadə işlədib.

Bizimyol.info xəbər verir ki, türkiyəli nazir müsahibədə çox məsələdən danışıb. Çavuşoğlu ABŞ-Türkiyə münasibətlərinə, ölkənin müdafiə sənayesi ilə bağlı nüanslara, Yunanıstanla dialoq ehtimalına toxunub. Türkiyənin Xarici İşlər naziri Qarabağ mövzusunu da unutmayıb.

“Atəşkəs elan olunub. Problemin tam həlli üçün fürsət yaranıb. Bunun Ermənistana və xalqına faydasını da biz xatırladaq”.

Çavuşoğlu müşahidə mərkəzinin ən qısa zamanda qurulacağını bildirib: “Burada atəşkəsin daimi olması üçün lazımi addımları atacağıq. Son günlər Ermənistanın hücumları oldu. Azərbaycan qarşısını aldı. Təbii ki, Rusiyanın da məsuliyyəti var. Rusiya həmin hücumlarının qarşısını almalıdır. Əks halda hörmətli Əliyev nə edə biləcəyi ilə bağlı gərəkli mesajı verib”.

Çavuşoğlu Ermənistanla sərhədlərin açılması haqda suala da cavab verib. O, hər şeyin Qarabağdakı vəziyyətdən asılı olduğunu deyib.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »