Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk professor koronavirus vaksinini 11 ay əvvəl hazırlayıbmış
Vaksin - peyvənd

İndi türk professor Uğur Şahin dünyanın ən məşhur adamlarından sayılır.

Zarafat deyil, onun rəhbəri olduğu “BioNTech” şirkətinin hazırladığı vaksin bütün dünya üçün böyük ümidə çevrilib.

Bizimyol.info xəbər verir ki, Uğur Şahin koronavirus əleyhinə peyvəndin necə hazırlanması tarixini danışıb. Türk professorun sözlərinə görə, yanvarın 11-də çinli araşdırmaçıların virusun genetikası haqda danışmasından bu fikrə düşüb.

“Yanvarın 25-də 10 fərqli nümunə ortaya qoydum. Sonra ən uyğun vaksini bir-iki saata hazırladım”, - Uğur Şahin belə deyib.

Türk alim əvvəlcə virusun xarakterini müəyyənləşdirməyə çalışıb. Yanvarın 24-də “The Lancet”də bir xəbər oxuyub. Xəbərdə Uhana səyahət edən çinli ailədə infeksiyanın necə yayılmasından söhbət açılıb. Məlum olub ki, virusu yayan ailə üzvündə heç bir simptom qeydə alınmayıb. Uğur Şahin simptomsuz yayılma ehtimalını vaksində nəzərə alıb.

Uğur Şahin sınaqlara xeyli vaxt sərf edib. Təkcə martda 43.5 min könüllünün iştirakı ilə sınaq keçirilib.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »