Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi münaqişənin qan tökülmədən həllindən ibarət olub”
Vladimir Putin

Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi münaqişənin qan tökülmədən həllindən ibarət olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında bildirib.

Rusiya, Ermənistan və Azərbaycan arasında 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın əsas nəticə etibarilə Dağlıq Qarabağda qan tökülməsinin qarşısını aldığını vurğulayan V. Putin deyib ki, digər məsələlər ikinci dərəcəlidir: “İnsanların sağlamlığının və həyatının qorunması ən başlıca məsələ idi ki, biz bunu həll etdik”.

Rusiya Prezidenti Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsindən sonra Hadrut qəsəbəsində erməni və azərbaycanlı hərbçilər arasında baş vermiş toqquşmaya da münasibət bildirib. O, baş vermiş toqquşmanın hərbi əməliyyatlardan sonra yeganə eskalasiya olacağına əminliyini ifadə edib.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »