Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Baş Prokurorluğu Tamar Baçaliaşvilinin intihar etdiyini açıqlayıb
Gürcüstan

Gürcüstan Baş Prokurorluğu bu ilin iyulunda 5 günlük axtarışlardan sonra avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin işi ilə bağlı istintaqı başa çatdırdığını açıqlayıb.

Baş Prokurorluq istintaqın gedişi zamanı 600-dən çox adamın ifadəsinin alındığını və əldə edilən dəlillərin tutarlı və məntiqi təhlilinin birmənalı şəkildə T. Baçaliaşviliyə qarşı heç bir cinayətin törədilmədiyini və onun intihar etdiyini təsdiqlədiyini açıqlayıb.

Qeyd edək ki, Kvemo Poniçala sakini olan T. Baçaliaşvili bu il iyulun 23-də Tetritskaro meşəsində “Hyundai” markalı avtomobilində ölü tapılıb. Ailə üzvləri avqustun 30-da Gürcüstan Baş Prokurorluğunun binası qarşısında keçirdikləri aksiya zamanı qızlarının ölümünün Gürcüstanın 3 yüksək rütbəli rəsmi şəxsinin Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycanın əleyhinə silah tədarükü həyata keçirməsi ilə bağlı əldə etdiyi məxfi məlumatlarla əlaqədar olduğunu bildiriblər və Azərbaycanla Türkiyədən məsələnin araşdırılması üçün yardım istəyiblər. Ailə üzvləri həmin məlumatların T. Baçaliaşvilinin yoxa çıxan yaddaş cihazında olduğunu qeyd ediblər.(apa)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »