Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb - Video
Kəlbəcərin Zülfüqarlı kəndi

Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonundan xüsusi reportaj yayımlayıb.

Kanalın Kəlbəcərə ezam olunmuş müxbiri Osman Girgin reportajın əvvəlində xatırladıb ki, Ermənistanın hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərin sakinləri olan azərbaycanlılar şaxtalı havada bu bölgənin cığırları ilə üç gün ərzində ayaqyalın yol gedib, öz torpaqlarında köçkün olublar. Reportajda həmin dəhşətli anları əks etdirən kadrlar da nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin 27 il işğal altında saxladığı bu bölgədə törədilən dağıntıların, yanğınların izləri hər yerdə var.

Kadrlardan aydın görünür ki, qəsbkar ermənilər bölgəni tərk etmək məcburiyyətində qalanda belə yenidən vandalizm aktları törədərək evləri yandırıb, meşələrə, ağaclara qarşı əsl soyqırımı həyata keçiriblər. Hər şey dağıdılıb, məhv edilib. İşğalçılardan sonra burada, sadəcə, divarlar qalıb.

Azərbaycan Ordusunun əsgərlərinin işğaldan azad olunmuş torpaqlarda bir nişanə qoymaq üçün divarlara yazdıqları yazılar da tamaşaçıların diqqətinə çatdırılıb.

Reportajda vurğulanır ki, artıq Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bölgənin təhlükəsizliyi və bu yerlərdə həyatın qurulması üçün əsaslı işlər görülür. (azərtac)

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
Son xəbərlər
Bütün xəbərlər »