Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
““COVİD-19” virusuna yoluxmuş uşaqlara dərman müalicəsi düzgün yol deyil”- Həkimdən açıqlama
Peyvənd - Həkim iynə

“Təəssüflər olsun ki, “COVİD-19” infeksiyası uşaqlarda, körpələrdə, hətta yeni doğulmuşlarda da xəstəlik yarada bilər”.

Bizimyol.info xəbər verir ki, Pediatr-Neonatoloq Altay Abdullaoğlu böyüklərin tətbiq etdiyi ümumi qorunma qaydalarına körpələrin də riayət etməli olduğunu bildirib.

“Valideynlər bəzən fikirləşir ki, yeni doğulmuşlarda və körpələrdə xəstəlik yaratmır ancaq təəssüf ki, bu belə deyil. Ona görə də, böyüklərin tətbiq etdiyi ümumi qorunma qaydalarına ( sosial məsafə, təmizlik, xəstələrdən uzaq tutmaq, maska taxılması) körpələr də riayət etməlidirlər. Əksər hallarda uşaqlarda “COVİD-19” böyüklərə nisbətən daha yüngül keçir, simptomlar minimal olur, böyüklərdəki kimi ağciyər tutulması əksər hallarda olmur. Bu da sevindirici haldır”.

Pediatrın sözlərinə görə, uşaqlara birbaşa antibiotik və sistemlərin verilməsi doğru deyil.

Qeyd etdiyimiz ki, uşaqlarda xəstəlik nisbətən yüngül keçdiyi üçün böyüklərdə xəstəlik əleyhinə istifadə olunan ağır dərmanlar onlara tətbiq edilmir. “Covid-19”-un bilinən bir müalicəsi olmadığı üçün antibiotiklər də təsir göstərmir. Ancaq ağırlaşma olduğu zaman istifadə edilə bilər. Uşaqlarda da ağır olmadığı üçün birbaşa antibiotik və sistemlərin verilməsi doğru deyil. Valideynlər narahat olduğu üçün dərman müalicəsi istəyirlər. Lakin bu düzgün yol deyil”,-deyə həkim bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
››› Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
Son xəbərlər
Bütün xəbərlər »