Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əsgərlərimizə hücum edən erməni silahlıları hərbi əsir deyil, terrorçu kimi mühakimə olunacaq” - Polkovnik
Erməni əsirlər

Azərbaycanın keçirdiyi anti-terror əməliyyatı zamanı saxlanılan terrorçuların yaxınları Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirməyə davam edir. Qeyri-rəsmi məlumata görə, Qarabağda meşələrdə gizlənən terorçuların 160 nəfəri saxanılıb.

Bizimyol.info-ya açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, işğaldan azad edilən ərazilərdə terror hərəkətləri həyata keçirəcəklərini ermənilər əvvəldən bəyanat etmişdilər.

Şair Ramaldanov Şair Ramaldanov

“Biz terror hərəkətlərini gözləyirdik. Azərbaycanın müvafiq güc strukturları anti-terror əməliyyatları həyata keçirir. Nəticələri görürük. Bu barədə məlumatlar da var. Onlara əsirlər və girovlar kimi deyil, terrorçular kimi münasibət göstəriləcək. Haqlarında cinayət işi açılacaq. Onlar terrorçu kimi mühakimə olunacaq.

Ola bilsin ki terrorçular Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən istifadə etsinlər. Ona görə də Rusiya sülhməramlıları ilə əlaqəli müəyyən tədbirlər görəcəklər. Qarabağda olan monitorinq qrupunun əraziyə nəzarət etmək imkanı var. Biz anti-terror əməliyyatlarına hazır idik və bu işi görürük”,-deyə polkovnik bildirib.

Ş.Ramaldanov işğaldan azad edilmiş ərazilərdə bərpa işi ilə məşğul olan şəxslərə çağırış etdi: “Onlar ehtiyatlı olmalıdır. Təhlükəsizlik təlimatların uyğun olaraq hərəkət etmək lazımdır. Terrorçular bir-iki nəfərin hərəkət etdiyini gördükdə hücum edirlər. Bu barədə məlumatlar var. Komendatura tərəfindən orada çalışan mülki şəxslərin mühafizə məsələsi həll olunmalıdır. Onların təhlükəsizliyi təmin edilsin. Ərazilərimizi işğaldan azad etdiyimiz kimi terrordan da azad edəcəyik”.

Ramid İbrahimov

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
Son xəbərlər
Bütün xəbərlər »