Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin istehsalı peyvəndlər bizi "Covid -19"-dan qoruya biləcəkmi?
Peyvənd - Həkim iynə

Bütün dünya “Covid-19” virusundan xilas olmaq üçün peyvəndlərin vurulacağı tarixi gözləyir. Bir çox ölkələr artıq peyvəndləri almaqla bağlı rəsmi danışıqlar aparır.

Qardaş Türkiyə həm Çin istehsalı peyvənd alıb, həm də Almaniya istehsalı olan peyvəndlərdən almaq istəyir. Bu isə təbii ki, vətəndaşların etirazına səbəb olub. Çünki kasıblara Çin, yüksək təbəqədən olan insanlara isə Alman peyvəndi vurulacağı ilə bağlı şübhələr var. Səhiyyə nazirliyi isə bunu təkzib edərək, vətəndaşın yaşı, səhhəti və s. nəzərə alınaraq peyvəndlənəcəyini bildirib.

Əslində isə elə bu cümlə ilə peyvəndlər arasında keyfiyyət fərqinin olduğunu etiraf etmiş olub.

Azərbaycana isə hansı ölkədən peyvəndlərin gətiriləcəyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Adil Qeybulla Adil Qeybulla

Tibb eksperti, professor Adil Qeybulla Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, yaxşı keyfiyyət və təhlükəsizlik parametrləri olan vaksinlərin ölkəyə gətirilməsi önəmlidir

“Peyvəndləmə aktiv immunizatsiyadır. Yaxşı keyfiyyət və təhlükəsizlik parametrləri olan vaksinlərin ölkəyə gətirilməsi önəmlidir. Virusun zəiflədilmiş formasından ibarət olan vaksinlər demək olar ki, artıq istehsal edilmir. Təbii ki, Rusiyadan başqa. Bu vaksinlərin istehsal olunduğu yerdə kifayət qədər çalışacaqlar ki, əlçatan olsun. Çünki buna həm də kəmiyyət imkan verəcək.

Çin istehsalı olan vaksinlərə gəldik də isə orada elə elmi-tədqiqat universitetləri var ki, onlar Amerikanın Harvard, Stanford tibb məktəbləri ilə müqayisə edilə bilər. Çində həm yüksək səviyyəli, həm də aşağı səviyyəli texnalogiyalar var.

Bu gün bizim işlətdiyimiz “Apple”, “İphone” telefonlar, komputerlər də Çində yığılır. Amma təbii ki, həmin firmaların filialları yığır. Bir də var ki, sexlərdə və s. müxtəlif yollarla hazırlanmış keyfiyyəti aşağı olan mallar.

Adil Qeybullanın sözlərinə görə, ölkəyə gətirilən vaksinlər bir kateqoriyadan olsa daha yaxşı olar.

“Biz hansı ölkədən almağımızdan asılı olmayaraq, keyfiyyətli vaksin almalıyıq. Ölkəyə gətirilən vaksinlər bir kateqoriyadan olsa daha yaxşı olar. Yox əgər fərqli məqamlar olacaqsa, bunlar söz-söhbətə, şaiyələrə gətirib çıxara bilər. Hesab edirəm ki, gətirilən vaksinlərin mənşəyi, haradan alındığı haqqında insanlara məlumat verilməlidir. Onsuzda bu məlumatlar üzə çıxacaq və insanlar internetdən vaksinin keyfiyyəti ilə bağlı məlumatlara malik olacaqlar. Bu baxımdan hesab edirəm ki, keyfiyyət məsələsinə diqqət etsinlər. Dərman təhlükəsizliyi məsələsi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır”, - deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
Son xəbərlər
Bütün xəbərlər »