Fransa Prezidenti Emmanuel Makron yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bizimyol.info xəbər verir ki, Cümə axşamı Elysee Sarayının mətbuat xidmətindən bildirildiyi kimi, dövlət başçısı artıq növbəti yeddi gün ərzində özünü təcrid edəcək.
Qeyd olunub ki, Fransa Prezidentinin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
"Bu gün prezidentə COVID-19 diaqnozu qoyuldu. Hər kəsə tətbiq olunan mövcud sanitariya qaydalarına uyğun olaraq, dövlət başçısı da yeddi gün təcrid ediləcək. Vəzifə səlahiyyətlərini onlayn qaydada həyata keçirməyə davam edəcək", - deyə mətbuat xidməti bildirib.