2020-ci il dünya üçün bərbad il oldu, amma varlılar üçün deyil - dünyanın ən varlı insanları 2020-ci ildə öz aktivlərini 2 trilyol dollar (artırdılar. Dünya milyarderlər klubunun üzvlərinin toplam varidatı 11,4 trilyon dollara çatıb, sayları isə 3000 nəfərə yaxındı .Söhbət rəsmi milyarderlərdən gedir.
Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.Onun sözlərinə görə dünyada 3000 nəfərin var-dövləti 11,4 trilyon dollardır - bu vəsait hesabına dünyada aclığa, susuzluğa, kasıbçılığa qalib gəlmək, dünyanı tam yenilənəbilər enerjiyə keçirmək olar.

Yaxşı, böhranlı 2020 də bu insanların pulu niyə artdı?! Ekspert yaranmış səbəbini də açıqlayıb
“Çünki, həm FED (ABŞ), həm AB, həm Çin və Yaponiya (kiçik ölkələri heç saymıram da) dünya iqtisadiyyatına göydən pul səpdilər, pul (kredit) ucuzlaşdı və ayrılan 12 trilyon vəsait real sektordan daha çox səhm bazarına getdi, səhmlər, indekslər şişdi, köpdü, şarlar, balonlar yarandı və bu da Dünya iqtisadiyyatında növbəti böhranların əsasını qoydu. Obrazlı desək, dünyada "yanğın" var idi, hər tərəfdən "su, köpük" səpib "yanğını" söndürdməyə çalışdılar, amma siz belə bol "su, köpük" ilə söndürülən "binanın" halını təsəvvür edin - bəzən belə "söndürmə" əməliyyatı "yanğından" daha çox ziyan vurur. Yəni, dünya arxasında heç nə durmayan pul bolluğuna düşüb - bir müddət sonra borcların qaytarılması, "suyun" çəkilməsi dövrü başlayacaq, o zaman dünyada insanların, şirkətlətin, hətta ölkələrin bankrotluq dövrü başlayacaq.
Belə, pis günlər bitir, bizi daha pis günlər gözləyir”,- deyə o bildirib.
İlhamə