Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyaya xəstəliyin yayıldığı və bu gün ən təhlükəsiz şəhər sayılan Uhan və biz
Çin Avropa ölkəsindən qisas almağa söz verib

1 milyard yarımlıq Çində koronavirus bu gün təəccüblü şəkildə azdır.

Çində gündəlik yoluxma sayı təxminən 17-20, ölüm sayı 0-dır. Ümumi xəstə sayı isə ən son məlumata görə, 312 nəfərdir.

Apel ayından bu günə qədər dünyaya yeni növ koronavirusun yayıldığı Uhan şəhərində bir nəfər də olsun virusa yoluxmayıb. Uhanda həyat bu gün necədir? Bizimyol.info təqdim edir.

Cəmi 70 günlük təcriddən sonra Uhan normal həyatına döndü. Bu gün uhanlılar iddia edirlər ki, dünyanın ən təhlükəsiz şəhərində yaşayırlar. Sentyabrın 1-dən etibarən məktəblər də adi qaydada dərs başlayıb.

Sürət qatarı ilə getsən Şanxaydan 4 saatlıq məsafədə yerləşən Uhan ötən ilin dekabrında olduğu kimi daha diqqət mərkəzində deyil. İndi qorxunc xəbərlər özümüzdə, ən yaxın sərhədlərimizdə dolaşır. Uhandakı normal həyat isə az qala möcüzə kimi çatır bizə.

Şəhərdə hər şey normal olsa da, insanlar hələ də maskada gəzirlər. Gigiyena və sanitar qaydalara hərbi rejim kimi əməl olunur. Ticarət mərkəzləri, restoran, kafe, bazarlar, kinoteatrlar və digər ictimai obyektlər açılıb. Metro və avtobuslar həmişəki qaydada işləyir. Uhan şəhərində hərəkət üçün hər hansı bir məhdudiyyət yoxdur.

Otellər artıq turistləri qəbul edirlər. Bununla belə hər kəs maskadan mütləq şəkildə istifadə edir. Bunun üçün cərimə tətbiqi yoxdur. İnsanlar başlarına gələn 70 günlük faciəni təkarar yaşamaq istəmirər.

Virusa qalib gəlinsə də, ayıq-sayıqlıq əldən verilmir. Demək olar ki şəhərdə əhalinin ən sıx yerləşdiyi yerlərdə istilikölçən skanerlər, dizenfeksiyaedici buxar aparatları qurulub. İctimai yerlərə daxil olan hər bir kəsin temperaturu ölçülür, əlləri spirtlənir və hətta ayaqqabılarına da dizenfeksiyaedici məhlul püskürdülür.

Məktəblərdə də nəzarət davam edir. Uşaqların gün içərisində 3 dəfə temperaturu yoxlanılır. Dərslər zamanı maskalardan istifadə edilmir.Bütün dərs otaqları hər gün müntəzəm olaraq dezinfeksiya eilir. Məktəblərin girişində bütün bədənin temperaturunu ölçən cihazlar qurşadırılıb.Məktəblərlə yanaşı müxtəlif dərnək və mədəni klublar , idman zalalrı da fəaliyyətini bərpa edib. Uhanda bağlı olan yalnız bircə məkan var. Onun da açılıb açılmayacağını hələlik heç kəs bilmir. Bu xəstəliyin ilk dəfə baş qaldırdığı dəniz məhsulları bazarıdır.

Uhandan baxınca Azəbaycan necə görünür? Maskanı yalnız polis cəriməsindən qaçış kimi görmək olar.Tədbirlər görülür deyilsə də bu müvəqqəti kampaniya xarakteri daşıyır. Yəni hər nə qədər qorunsan da virusun sürətlə yayılması üçün avtobuslardakı sıxlıq yetərlidir. Market və digər ictimai obyektlərin girişində temperatur ölçülür . Bəli. Amma görüntü üçün. Çox zaman o termometri sənə yaxınlaşdıran əməkdaş üzünü kənara tutub yanındakı iş yoldaşı ilə laqqırtı vurur. Üstəlik hər virus daşıyan şəxsdə qızdırma olacaq, hər qızdırmalı da koronavirus daşıyıcısıdır demək absurddur. İnsan sadəcə çox sürətlə yeriyəndə də nəbzi, temperaturu dəyişir. Əslində şəhərdə çoxlu sayda dizenfeksiyaedici məhlul və isti buxar püskürdən termal kabinələrin qoyulması yaxşı olardı. Birinci dalğada bu kimi kameraları biz Çin, Yaponiya və Avropa şəhərlərində görsək də, sonra gündəmdən silindi.Uxanın 70 gündə bacardığını biz niyə 10 ayda bacarmadıq? Bax bunu düşünməlidir bu işə məsul edilmiş səhiyyəmiz və TƏBİB. Media üçün keçirilən brifinqdə koronavirus barədə danışılan cansıxıcı mühazirə yox, çıxış yolları aranmalıdır. Həm də dövlət başçıs iş aparıldığını görsün deyə gözə kül üfürən yarıtmaz tədbirlər yox, real nəticələr verə bilən iş. Bunun üçün də gərəksiz qürurdan əl çəkib müxalifətçi və ya iqtidar yönümlü olmasından asılı olmayaraq işi bilən bütün mütəxəssisləri prossesə cəlb etmək lazımdır.Bizim bundan da çətin gnümüz olacaqmı? Nəyi gözləyirik?

İlhamə

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »