Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə S-400-lə bağlı məsələdə geri addım atmayacaq
Mövlud Çavuşoğlu

“ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarı hüquqi və siyasi baxımdan səhv bir addımdır. Bu, bir ölkənin birtərəfli qaydada qəbul etdiyi qərardır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O ABŞ-ın sanksiya qərarını Türkiyənin suverenliyinə hücum kimi qiymətləndirib.

Türkiyə XİN başçısının sözlərinə görə, ölkəsi S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan CAATSA-dan (Countering America's Adversaries Through Sanctions Act - "Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət" haqda qanun) əvvəl alıb və buna görə də sanksiya tətbiq edilə bilməz: “Beynəlxalq hüququ hamı, o cümlədən də ABŞ yaxşı bilir. Bu işlər “Mən belə istəyirəm” deməklə olmaz. ABŞ-ın sanksiya qərarı həm də öz müttəfiqinə qarşı yol vermiş olduğu bir səhvdir”.

M. Çavuşoğlu S-400-lə bağlı NATO Baş katibinin mövqeyini obyektiv hesab etdiyini vurğulayıb: “O, bu məsələdə müttəfiqimiz ABŞ-ın narahatlığını bizə bildirirdi. Amma digər tərəfdən NATO Baş katibi deyirdi ki, hər bir müttəfiq müdafiə məsələsində öz ehtiyaclarını hər hansı bir yerdən təmin edə bilər. Biz də dedik ki, ABŞ-ın texniki məsələlərlə bağlı qayğıları varsa, NATO çərçivəsində türk və amerikalı mütəxəssislərdən ibarət bir qrup yaradılsın və onlar bu narahatlıqları araşdırsınlar. Bu təklifi isə ABŞ qəbul etmədi. Türkiyə S-400-lə bağlı məsələdə geri addım atmayacaq”.(apa)

Paylaş »
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
Son xəbərlər
Bütün xəbərlər »