Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizim səhiyyə sisteminə güvənmək lazım deyil, hər kəs özünü qorumalıdır”
Karantin koronavirus maska dezinfeksiya

Koronavirus pandemiyası (COVID-19) ilə bağlı həyata keçirilən karantin tədbirləri çərçivəsində bəzi xəstəxanaların koronavirusla mübarizəyə ayrılması özəl klinikalara tələbatı artırıb. Bu fürsətdən istifadə edən özəl tibb müəssisələri həkim qəbulunun, müayinələrin və əməliyyatların qiymətlərini süni şəkildə artırır. Klinikaların kassalarına edilən ödənişlərə görə pasientlərə mədaxil qəbzi verilmir.

Məsələ ilə bağlı həkim-farmakoloq Müşfiq Hüseynov Bizimyol.info-ya bildirib ki, Azərbaycanın səhiyyə sisteminə güvənmək lazım deyil, hər kəs özünü qorumalıdır.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Bütün özəl klinikaların fəaliyyəti qanunla tənzimlənir, hər prosedurun və əməliyyatın qiyməti olur. Bunu ödəmək məcbur deyil. Razılaşmayan ya başqa klinikaya, ya da dövlət xəstəxanasına müraciət edə bilər. Bu tip klikalarda pasientlərdən girişdə müəyyən depozit tələb olunur. Bu praktika bütün dünyada var. Əgər siz ağır ürək əməliyyatına girirsinizsə, o zaman məbləğin azı 60 faizini sizdən alırlar. Kimsə hansısa klinikanı “Niyə koronavirusa görə 20000 və ya 30000 depozit istəyirsən?” deyə qınaya bilməz. Bəli, insaf, haqq-ədalət və ya vəziyyəti nəzərə almaq prizmasından baxmaq olar, bu ayrı.

Özəl sektordur, bu onun üçün biznesdir. Özəl klinikalar dövlət xəstəxanaları kimi dövlət təchizatında olmurlar, hər şey kənardan pulla alınır. Əgər hansısa prosedura görə şişirdilmiş qiymət qoyulursa, bu artıq maliyyə yoxlaması işidir. Aldığı puldan hüquqi şəxs kimi gəlir və ya başqa vergilər ödəyirmi, ödəmirmi, məsələ ancaq bu ola bilər? Bunu üçün isə müvafiq strukturlar var.

Qısası, dövlət büdcəsi, yəni bizim vergilər hesabına fəaliyyət göstərməyən bir özəl müəssisəyə “Niyə belə qiymətlər var?” sualı verə bilməzsiz”.

Həkim M.Hüseynov qeyd edib ki, bu gün xəstəxanalar xəstə yükünü qaldıra bilmir: “Bunun da səbəbi bəllidir. Dəfələrlə bütün ekspertlər qeyd edib. Əgər bir günah TƏBİB-in yanlış qərar və fəaliyyətsizliyindədirsə, digər günah əhalidədir. Özünü qoruyan insanlar ya ümumiyyətlə xəstələnmir, ya da yüngül keçirdir. Əvvəldə də deyildi ki, bizim səhiyyə sisteminə güvənmək lazım deyil. Hər kəs özünü qorumalıdır”,-deyə həkim-farmakoloq Müşfiq Hüseynov bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »