Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Bir çoxları şit danışmaq xəstəliyinə tutulub, günahkar da efirlərdir
Sosial şəbəkələr
Sosial şəbəkələrdə Vətən müharibəsinin şəhidləri, qaziləri, veteranları ilə bağlı xoş olmayan paylaşımlar edilməyə başlanıb. Belə ki, səhifələr onların şəkillərini paylaşaraq, adlarından istifadə edərək bəyənmə yığmaq üçün bir-biri ilə rəqabətə girib. Hətta “Facebook” qruplarında qazilərimizin yaralı şəkillərini, “Allah şəfa versin” yazmayan ermənidir” başlıqları ilə paylaşaraq, insanların zəif tərəfindən istifadə etməyə çalışırlar.

Əhməd Qəşəmoğlu Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, belə bir vaxtda sosial şəbəkələrdə bu cür qeyri-ciddi söhbətlərin getməyi Azərbaycan üçün xoş olmayan rəy yaradır: “Bu çox xoşagəlməz haldır. Çünki, indiki vaxtda Azərbaycan xalqı artıq bütün dünyada yeni imic qazanıb. Mübariz, vətənpərvər, döyüşgən, hərbi qüdrətli bir xalq kimi tanınırıq artıq. Belə bir vaxtda sosial şəbəkələrdə bu cür qeyri-ciddi söhbətlərin getməyi xoş olmayan rəy yaradır. Bu şəxslər daha çox gənc nəslin nümayəndələridir. Təəssüf ki, gənclərimizin arasında bu cür qeyri-ciddi təbəqənin formalaşması çoxdan müşaidə olunur. Bu məsələrdə təhsil və televziyalar çox mənfi rol oynayıb. Uzun illərdir bizim televiziya kanallarında hoqqabazlıqla, şit sözlərlə insanları güldürmək baş alıb gedir. Bunu mən bir müəllim olaraq özüm də auditoriyada hiss edirəm. Bəzi gənclərimiz belə bir xəstəliyə tutulub. Yəni ucuz, şit danışmaq xəstəliyinə. 30-40 il əvvəlki gənclərdə bu hal yox idi. Bu yeni bir xüsusiyyətdir. Bu cür münasibətlərin yaranmasında televiziya verilişləri hədsiz mənfi yol oynayıb”.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu halların qarşısını almaq üçün ictimai qınağı gücləndirməliyik: “Bu xarakteri bizim gənclərdə yaradan televiziyalar öz günahlarını başa düşüb, bu barədə maarifləndirmə işi aparmalıdırlar. Çalışmaq lazımdır ki, bu sahədə ciddi qınaq yaransın. Qanunvericiliyə uyğun olarsa, hətta cinayətə cəlb etmək lazımdır. Biz yaratdığımız yeni imici korlaya bilmərik. Bizim saytları, informasiyaları təkcə biz oxumuruq. Hazırda bütün dünyanın diqqətindəyik. Bizim kimi mübariz keyfiyyətləri ilə tanınmaqda olan xalqa bu cür hərəkətlər yaraşmaz”.

Leyla Mirzə

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
Son xəbərlər
Bütün xəbərlər »