Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan həkimləri Mehriban Əliyevaya müraciət etdilər
Mehriban Əliyeva

Koronavirusla mübarizədə ön sırada dayanan həkimlərin öz sağlamlığı da risk altına düşür. Cəbhədə və virusla mübarizədə həyatını itiriən həkimlər əslində cəmiyyət üçün ən ağır itkidir. Çünki, bir həkimin, tibb sahəsini bilən mütəxəssisin yetişdirilməsi üçün illər tətləb olunur.

Bunu nəzərə alaraq Azərbaycan həkimləri I Vitse prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Müraciətdə yoluxmuş həkimlərin müalicəsinin təmin edilməsi üçün xüsusi xəstəxana ayrılması xahiş olunur.

“Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət. Sizin Azərbaycan Səhiyyəsinə xüsusi diqqətinizi nəzərə alaraq müraciət ünvanlamağı qərara aldıq.

Azərbaycanda Covidlə bağlı yaranmış vəziyyəti bilirsiniz. Bu xəstəlik qoca, cavan hər kəsi ağuşuna alıb və son zamanlarda tibbi personal arasında yoluxma və ölümlərin sayında ciddi artış var. Həkimlərin əksəriyyəti iş prosesində yoluxur, birbaşa Covidlə məşğul olmayanalar isə xəstə və virus yükü ilə yüklənərək ağırlaşır. Xəstəxanalarda yer olmadığından həkimlərin əksəriyyətinin müalicəsi evdə gecikir, gecikmə isə fəsadlara və ölümə yol açır. Azərbaycanda həkim çox deyil. Bir həkimin yetişməsi üçün illərə ehtiyac var. Covid isə min bir əziyyətlə yetişib xalqın xidmətində dayanan bu müqəddəs peşə sahiblərini bir bir, acımasızca əlimizdən alır. Bütün bunları nəzərə alıb həkimlər üçün xəstəxana ayırmağınızı, ya da modul tipli xəstəxanalardan birini bizlərin sərəncamına vermənizi və sadəcə həkimlərə qulluq etməsini TƏBİB və ya Səhiyyə Nazirliyinə tapşırmağınızı xahiş edirik.

Hörmətlə, Azərbaycan Həkimləri.”, - deyə müraciətdə bildirilir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »