Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hakimiyyətinin qondarma rejimi “tanıma” əməliyyatları
İrəvan, Ermənistan

“1994-Azərbaycan Artsaxı tanısa, Ermənistan 7 bölgəni geri qaytaracaq, 2015- Azərbaycan müharibəyə başlayarsa, Ermənistan Artsaxı tanıyacaq, 2016- Müharibə başladı və “Azərbaycan danışıqlar prosesindən imtina edərsə, Ermənistan Artsaxı tanıyacaq”,2020- Ermənistan təxribatı nəticəsində danışıqlar prosesi bitdi və hərbi əməliyyatlar başladı, Azərbaycan Artsaxı tanımaqdan imtina etdi, 7 bölgəni işğaldan azad etdi”.

Bizimyol.info xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, 26 il keçməsinə baxmayaraq və Ermənistan Artsaxın heç bir halda müstəqilliyini tanıya bilmədi.

“Amma bu gün xarici işlər naziri Ara Ayvazyan deyir ki, Azərbaycan Artsaxı statusunu müzakirə etməsə, Ermənistan Artsaxı tanıyacaq. O, ölkəsinin hansı vəziyyətdə Artsaxı tanıyacağını da açıqlayıb.

O, Le Monde verdiyi müsahibədə bildirib ki, “Ermənistan Artsaxın müstəqilliyini yalnız Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə imkan vermək üçün tanımırdı. Bəziləri bu gün Artsaxın statusu məsələsinin hərbi güc tətbiqi nəticəsində gündəmdən çıxarıldığını düşünərək səhv edirlər. Bu baxımdan, Minsk Qrupunun həmsədrləri Artsaxın statusu məsələsinin danışıqların gündəliyində qaldığını təsdiqlədilər. Bu mövzuda Azərbaycanla fikir ayrılığı olduğu təqdirdə, Ermənistan Artsax Respublikasının tanınması prosesini nəzərdən keçirəcəkdir””.

Əziz Əlibəyli Əziz Əlibəyli

Əziz Əlibəyli qeyd edib ki, Rusiya istəsə belə bir akt baş tuta bilər.

“Hamı bilir ki, Dağlıq Qqarabağ məsələsində Ermənistanda söz sahibi Rusiyadır. O istəsə, belə bir akt baş tuta bilər.

Amma rəsmi Moskva Azərbaycanın razılığı əsasında düz hadisələrin mərkəzində yer alıb, İrəvanın buna cəhdi Moskvanın Dağlıq Qqarabağ və 10 noyabr razılamasının qarantı kimi nüfuzunu sıfıra endirir, üstəgəl, Qərbin və Türkiyənin nəfəsini boynunun arxasında hiss edir.

Ya da bu proses o zaman reallaşa bilər ki, Nikol Paşinyan belə bir deklorasiya yayımlaya və ondan da cəmi bir dəqiqə sonra istefa verə.

Təktərəfli tanınmalar isə heç vaxt işə yaramır və də Dağlıq Qarabağ heç bir zaman erməni məsələsinin yox, Ermənistan məsələsinin məkanına çevrilməyəcək”,-deyə qeyd edib.

Leyla Mirzə

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »