Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Goranboyda karantin rejimini pozan kafe aşkarlanıb
Polis - Cərimə

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən “Yurd Yeri” adlı kafe aşkarlayıb. Obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn Həsənov, Roland Əliyev, Pərviz İbrahimov və Elvin Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib. Həmin şəxslərdən 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib, digər 6 nəfər barəsində isə protokol tərtib edilərək Goranboy rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada cərimə olunublar.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »