Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi "Barselona"da tarixi nailiyyətə imza atıb
Messi

İspaniya La Liqasının 19-cu turunun matçında "Barselona" "Real Sosedad" komandasını qəbul edib.

Bu barədə “Report” “Sport.es”ə istinadən xəbər verir.

Bildirilir ki, görüş Barselonanın "Kamp Nou" stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Barselona"nın hücumçusu Lionel Messi "Kamp Nou"da 300-cü qələbəni qazanaraq, tarixi nailiyyətə imza atıb.

Hazırda onun hesabında İspaniya çempionatında 211, Çempionlar Liqasında 53, İspaniya Kubokunda 30 və ölkə Superkubokunda 6 qələbə var. O, "Kamp Nou"da 380 qol vurmağa nail olub.

Messi İspaniyanın cari çempionatında 12 matç keçirib, 5 qol vurub.

"Barselona" 20 xal yığaraq, İspaniya La Liqasının yarış cədvəlində 5-ci yerə yüksəlib. "Real Sosedad" 26 xalla 2-ci yerdə qərarlaşıb. Turnir cədvəlinin lideri 11 matçda 26 xal yığmış Madrid "Atletiko"sudur.

Paylaş »
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
Son xəbərlər
Bütün xəbərlər »