Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin "sağ əli" hər gün Azərbaycanlı milyarderin hovuzunda çimir - Rusiya mətbuatı
Kreml, Moskva, Rusiya

Xaricdə yaşayan azərbaycanlılar arasında sərvətinin böyüklüyünə görə Qod Nisanov xüsusi fərqlənir.

“Forbes” iş adamının var-dövlətinin 2.7 milyard dollardan az olmadığını açıqlamışdı.

Bizimyol.info xəbər verir ki, Rusiyanın araşdırma qrupu olan “Proyekt” Nisanovun ölkədə milyardları necə qazanmasına işıq salmağa çalışıb.

Qod Nisanov Qod Nisanov

Jurnalistlər onun “Yevropeyski” ticarət mərkəzinə, “Ukrayna” otelinə baş vurublar. Araşdırmada Nisanovun iş ofisinin məhz ticarət mərkəzində yerləşdiyi məlum olub. İş adamının keçmiş işçisi jurnalistlərə burada sauna, hovuz, masaj salonlarının olduğunu deyib. “Proyekt”in əməkdaşları ofisin yaxınlığında keşik çəkərək bir çox vəzifəlilərin bura gəldiyini müəyyənləşdiriblər. Kadrlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin dəfələrlə gözə dəyir. Nisanovun onunla möhkəm dost olduğu bildirilir. Narışkin hər gün “Ukrayna”nın hovuzunda üzür. Xidmət rəhbərinin qızı Veronika Narışkina Bakıya məhz Nisanovun şəxsi təyyarəsində uçur.

Serhey Narışkin və Vladimir Putin Serhey Narışkin və Vladimir Putin

Kadrlarda Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatik nişanlı avtomobili də çox görünür. Jurnalistlər hər dəfə maşından düşən şəxsin Baş nazirin birinci müavini Eyyub Yaqubovun qudası Elman Bayramovun olduğunu qeyd edirlər. Bayramovun qızı Yaqubovun oğlu ilə ailə həyatı qurub.

Narışkin “Ukrayna” otelindən çıxarkən Elman Bayramovla sağollaşır Narışkin “Ukrayna” otelindən çıxarkən Elman Bayramovla sağollaşır

Araşdırmada Qod Nisanovun Rusiya prezidenti Vladimir Putinin qrup yoldaşı İlham Rəhimovla ortaq olduğu da xüsusi vurğulanıb.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »