Qərb ölkələrində koronavirusa qarşı vaksinləşmə başlayıb.
İlk addımı ABŞ və Böyük Britaniya atıb. Qərb ölkələri Çindən xeyli vaksin sifariş edib. Halbuki Çin özü Almaniya peyvəndlərinə üstünlük verir.
Bizimyol.info xəbər verir ki, “Shanghai Fosun Pharmaceutical” Özləm Türeci və Uğur Şahinin birlikdə təsis etdiyi “BioNTech” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə görə, ilk mərhələdə Çinə 100 min vaksin göndəriləcək.
“BioNTech”in əsası 2008-ci ildə qoyulub. Şirkətin baş ofisi Almaniyanın Münxen şəhərində yerləşir. Təkcə 2020-ci ilin iyununda “Temasek Holdings” Uğur Şahinin baş direktoru olduğu şirkətə 250 milyon dollar investisiya qoyub. “BioNTech” Böyük Britaniyaya 30, ABŞ-a 100, Yaponiyaya 120 milyon dollarlıq peyvənd satıb.