Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İstefa" verəcəyini elan edən Araikdən qalmaqallı açıqlama
Araik Aratunyan

Qarabağda fəaliyyət göstərən separatçı rejimin lideri Araik Arutyunyan istefası barədə açıqlamanın ardından əlavə detallarla çıxış edib.

Bizimyol.info xəbər verir ki, o "prezident" postundan getməklə yanaşı, ümumiyyətlə, siyasətdən gedəcəyini açıqlayıb.

Açıqlamanın maraqlı tərəfi odur ki, Arutyunyan "erkən seçkilər"in keçiriləcəyi ilə bağlı qalmaqallı bəyanatla da çıxış edib. O bildirib ki, "erkən seçkilər" olacaq, amma o bu seçkilərdə namizədliyini irəli sürməyəcək.

Xankəndi Xankəndi şəhəri

"Məqsədəuyğun bir zaman çərçivəsində Artsax erkən seçkilər keçirəcək, amma mən o seçkilərdə iştirak etməyəcəyəm və siyasətdən gedəcəyəm",- deyə Harutyunyan daha əvvəl verdiyi açıqlamaya əlavə olaraq verdiyi bəyanatda bildirib.

O əlavə edib ki, çətin seçkilər başa çatdıqdan sonra "vəzifə"dən gedəcək: "İndiki vəziyyətdə istefamla bağlı yaranmış zərurət şəraitində bildirirəm ki, Artsaxın seçki çətinliklərinə qalib gəldiyinə əmin olduqdan sonra istefa verəcəyəm".

Qeyd edək ki, Harutyunyanın açıqlaması müəyyən mənada öz cəmiyyətini ələ salmaqdır. Baş separatçı öz istefasını seçkilərə bağlamaqla əslində heç vaxt istefa verməyəcəyini söyləmiş olub. Hazırda və gələcək illərdə separatçı rejimin seçkilər keçirməsi mümkünsüz görünür.

Rüstəm Muradov və Araik Harutyunyan Rüstəm Muradov və Araik Harutyunyan

Rusiya sülhməramlıları hər nə qədər onların tərəfini saxlasa da, "seçki" kimi təxribatçı bir davranışa imkan verməyəcəyi dəqiqdir. Azərbaycan ərazilərində yenidən separat seçkilərin keçirilməsi birmənalı olaraq üçtərəfli bəyanatın aşkar pozulması kimi qəbul olunacaq. O üzdən də üzdə "istefa fədakarlığı" nümayiş etdirən Harutyunyan əslində kreslodan getmək istəmədiyini ortaya qoyub.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »