Qarabağ müharibəsində övladlarını itirən erməni valideynlər Nikol Paşinyan hökumətindən xüsusi narazıdır.
Üstəlik, bir çoxunun ölüb-ölmədiyi məlum deyil.
Bizimyol.info xəbər verir ki, Ermənistanda itkin düşmüş hərbi qulluqçuların valideynləri az qala hər gün Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir. Dekabrın 16-da baş tutan aksiyaya da xeyli valideyn gəlib. Onlar Paşinyandan, Müdafiə Nazirliyindən konkret açıqlama tələb edirlər. Valideynlər hesab edir ki, hökumət orqanları onları aldadır, başından etməyə çalışır.
“Müharibədən 40 gündən çox keçib, yenə 100 nəfəri əsir götürüblər. Kabinetlərdə oturan rəhbərlik nə düşünür? Uşaqlarımızın meşədə sağ qalmasına ümidimiz də tamamilə itib”, - əsgər anası belə deyib.
Oğlundan xəbər çıxmayan bir ata isə Azərbaycan ordusunun qarşısını almaq mümkün olmadığını söyləyib: “Ən yaxşısı sərhədə divar hörülsün”.
Valideynlər gənc əsgərlərə yazıqları gəldiyini deyib. Müdafiə Nazirliyindən yenə konkret açıqlama gəlməyib. Polis valideynlərin qarşısını alıb.