Koronavirus (COVID-19) pandemiyasının davam etdiyi 18 Mart - 7 dekabr tarixləri arasında ABŞ-ın 651 milyarderinin sərvəti 1,064 trilyon ABŞ dolları və yaxud 36,1% artaraq 4,011 trilyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, sözügedən dövrdə ABŞ-ın ən zəngin insanı, “Amazon” şirkətinin sahibi Cef Bezosun sərvəti 71,4 milyard ABŞ dolları və yaxud 63,2% artaraq 184,4 milyard ABŞ dollarına çatıb. Növbəti pillədə qərarlaşmış “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Musk isə sərvətini 118,5 milyard ABŞ dolları və yaxud 5,8 dəfə artaraq 143,1 milyard ABŞ dollarına, “Microsoft” şirkətinin sahibi Bil Qeyts isə sərvətini 20,7 milyard ABŞ dolları və yaxud 21,1% artıraraq 118,7 milyard ABŞ dollarına çatdırıb.